• Şagirdlər üçün “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda maarifləndirici tədbir keçirildi
  • 11th European Public Health Conference, Ljubljana, Slovenia
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • Pedaqoji Kollecin tələbələrinə “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda mühazirə oxundu
  • Oğuzda 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş dəyirmi masa təşkil edildi
  • İSİM Hindistanda “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı”nda təmsil olundu
  • Məktəblilər arasında dispanserizasiya müayinələri aparılır
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

23 MAY 2017

“Siqaret alma! Alma al!” aksiyasına start verildi (FOTO)

22 may 2017-ci ildə Bakı şəhərində “Siqaret alma! Alma al!” aksiyası keçirildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə 31 may – Ümumdünya Tütünsüz Günü ərəfəsində keçirilən aksiyanın məqsədi əhalinin diqqətini sağlam həyat tərzinə yönəltmək, onları zərərli vərdişlərdən uzaq olmağa dəvət etməkdir. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə ASAN Könüllüləri Gənclər Təşkilatının birgə təşkil etdiyi aksiyanın ilk günü “28 May” metrostansiyası qarşısında oldu. Üzərində aksiyanın şüarı əks olunan köynək və günlük geyinən 50 könüllü və İSİM nümayəndələri siqaret çəkən şəxslərə yaxınlaşaraq, tütün və tütün tüstüsünün zərəri ilə bağlı onlara ətraflı məlumat verdilər. Sonra onlara əllərindəki siqareti atmaq və sağlam həyat tərzinin rəmzi sayılan alma götürmək təklif olundu.

Aksiya zamanı 100-dən çox siqaret çəkənlə maarifləndirici söhbət aparıldı və onlar əllərindəki siqareti xüsusi tullantı qutusuna atıb, səbətdən sağlamlığın rəmzi olan yaşıl alma götürdülər.

İctimaiyyət tərəfindən maraqla izlənən aksiya mayın 23-də və 24-də paytaxtın müxtəlif ərazilərində davam edəcək.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.