ABDULLAYEV <br />Səbuhi Bəylər oğlu

ABDULLAYEV Səbuhi Bəylər oğlu

Baş hüquqşünas

1981-ci ildə tam orta məktəbi bitirdikdən sonra istehsalatda çalışmış, 1982-1984-cü illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuş, 1985-1991-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1992-1994-cü illərdə Bakı Neft və Sənaye Pedaqoji texnikumlarında ixtisası üzrə müəllim, 1994-1995-ci illərdə Sabunçu rayon İcra Hakimiyyətində yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor, 1995-2005-ci illərdə Səhiyyə Nazirliyinin baş məsləhətçi-hüquqşünası, 2005-2006-cı illərdə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində hüquq bölməsinin müdiri işləmiş, 2007-ci ildən hal-hazıradək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin baş hüquqşünası vəzifəsində çalışır.