İlkin səhiyyənin təşkili şöbəsi

Lütfi Qafarov

İlkin səhiyyənin təşkili şöbəsi

İlkin səhiyyənin təşkili şöbəsinin vəzifələri:

  1. Səhiyyə sahəsində dövlət proqramları və layihələr üzrə tədbirlərin həyata keçirilməsi;
  2. İSİM-in iş planları, layihələri və  təkliflərinin hazırlanmasında iştirak etmək;
  3. Normativ və digər sənədlərin layihələrinin (təlimat, metodik vəsait və s.) hazırlanması;
  4. İlkin səhiyyə səviyyəsində tibbi profilaktika işinin təkmilləşdirilməsi və profilaktik tədbirlərin həcminin artırılmasının təşkili,
  5. İlkin səhiyyə xidmətləri göstərən müəssisələr üçün klinik protokolların, metodik tövsiyələrin hazırlanması;
  6. İlkin səhiyyə xidmətləri göstərən müəssisələrin işçiləri üçün təlimlərin təşkili və keçirməsi;
  7. İlkin səhiyyə səviyyəsində sağlamlıq göstəricilərinin qiymətləndirilməsi məqsədi ilə vaxtaşırı məlumatları toplanması və təhlili, nəticələr əsasında məqsədyönlü tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
  8. Səhiyyə və qeyri-səhiyyə sektorlarında beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi üzrə tədbirlərin/layihələrin həyata keçirilməsi;
  9. İlkin səhiyyədə islahatlar və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına dair konfranslar, seminarlar, praktik məşğələlər, və s. təşkil etmək və bu, o cümlədən beynəlxalq tədbirlərdə iştirak edilməsi.