İctimai Səhiyyə və İslahatlar Mərkəzi
   
 



Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.

H. Əliyev
 

XƏBƏRLƏR

1 sentyabr 2010
İSİM-də “Azərbaycanda Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması xidmətləri keyfiyyətinin yaxşılaşdırılmasında tətbiq edilmiş yeni alət və yanaşma nəticələrinin yayılması üzrə konfrans” keçirildi

27 avqust 2010
İSİM-də “Tibbi xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün dəstəkverici rəhbərlik yanaşması” üzrə təlimçilər üçün təlim kursu keçirilir

16 avqust 2010
İSİM-də Tibb işçilərinin registrinin təkmilləşdirilməsi ilə bağlı kadrlar üzrə mütəxəssislər üçün təlimlər keçirilir

9 avqust 2010
Büdcə Təşkilatları üçün Milli Mühasibat hesabatı Standartları üzrə tədris kursu keçirilir

2 avqust 2010
İSİM-də “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi çərçivəsində Tütünlə Mübarizə üzrə İctimai Koalisiyanın 6-cı Görüşü keçirildi

28 iyul 2010
İSİM-də “Tibb müəssisələrində xidmət keyfiyyətinin davamlı yaxşılaşdırılması üçün COPE alətindən səmərəli istifadə” təlim kursu keçirildi


FOTOQALEREYA

1 aprel 2010
“Erkən müdaxilə və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə sosial inteqrasiyası” mövzusunda təlim

1 mart 2010
Səhiyyədə monitorinq sisteminin yaradılmasına həsr olunmuş görüş

24 fevral 2010
Mamalıq və neonatologiyada klinik protokolların işlənib hazırlanması,tətbiqi və monitorinqi problemlərinə həsr olunmuş işgüzar görüş

 
İSİM HAQQINDA

Son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf həyatımızın hər bir sahəsini əhatə edir. Bu inkişaf əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən - səhiyyədən də yan keçməyib. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Səhiyyədə bir çox istiqamətlər üzrə islahatlar aparılır, səhiyyə infrastrukturunun təkmilləşdirilməsinə irihəcmli investisiyalar qoyulur, genişmiqyaslı işlər görülür. İslahatların səmərəliliyinin artırılması və ümumiyyətlə ictimai səhiyyənin müvəffəqiyyətli təşkili üçün mükəmməl elmi-nəzəri bazanın mövcud olması zəruri şərtlərdən biridir. Buna görə də 2006-cı ilin sentyabrında Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyevin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yaradılması barədə qərarı səhiyyə sistemində islahatların aparılmasında irəliyə doğru atılmış bir addım oldu.

daha ətraflı

LAYİHƏLƏR

Səhiyyə sistemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübəsi ilə tanışlıq, Azərbaycanın səhiyyə idarə və müəssisələrinin müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) də bu amil nəzərə alınaraq beynəlxalq təşkilatlarla birlikdə müxtəlif layihələrin reallaşdırılmasına böyük diqqət ayrılır. Əhalinin sağlamlığının qorunmasına həsr olunmuş layihələrin həyata keçirilməsində İSİM, ÜST(WHO), UNİCEF, USAİD-nin İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Blumberq Təşəbbüsü Fondu və sairə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

daha ətraflı

KLİNİK PROTOKOLLAR

Klinik protokollar hər hansı nozologiya və ya sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyələr toplusudur. Klinik protokolların tərtib edilməsində məqsəd ən son elmi tədqiqatların nəticələrini gündəlik praktikaya tətbiq etmək, tibb işçilərini pasiyentə rasional yardım göstərməkdə kömək edəcək vəsaitlə təmin etmək və tibbi xidmət göstərilməsində yüksək standartlara nail olmaqdır. Klinik protokollar həkimlərə seçim imkanı verir və hər hansı klinik situasiyada necə hərəkət etməklə bağlı istiqamətverici rol oynayır.

Klinik protokolların səmərəliliyini təmin edən əsas cəhət, onların tərtib edilməsinin sübutlu təbabət prinsiplərinə əsaslanmasıdır, yəni mövcud olan ən keyfiyyətli klinik tədqiqatların təqdim etdiyi ən etibarlı sübutlardan istifadə olunmasıdır. Protokolların hazırlanması ciddi və məsuliyyətli iş olub, ölkənin bütün elmi-tibbi potensialından istifadə edilməsini, prosesin bir mərkəzdən idarə olunmasını və dünyada qəbul edilmiş meyarlara uyğun şəkildə aparılmasını nəzərdə tutur.

daha ətraflı

İSİM MEDİA VASİTƏLƏRİNDƏ

19 avqust 2010 - Новостной сайт Day.az

BÜLLETEN

İctimai Səhiyyə və İslahatlar Mərkəzində 2008-ci ilin aprel ayından başlayaraq özündə ölkəmizdə əhalinin sağlamlığının qorunması ilə bağlı məsələləri əks etdirən elektron İnformasiya Bülleteni dərc olunur.Bulletendə İSİM-lə yanaşı Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən həm dövlət, həm beynəlxalq və həm də yerli QHT təşkilatlarının fəaliyyətləri ilə bağlı məlumatlar, məqalələr, müsahibələr dərc olunur. İnformasiya Bulletenində “Aktual mövzu”, “Tanış olun”, “İSİM xəbərləri”, “Partnyorların xəbərləri” adlı maraqlı rubrikalar mövcuddur.

Bulletenləri elektron formatda əldə etmək üçün bura daxil olun.


1 iyul 2010 - İnformasiya Bülleteni №16

GÖZLƏNİLƏN TƏDBİRLƏR

ELANLAR

22 iyul 2010

  İctimai Səhiyyə və İslahatlar Mərkəzi aşağıdakı vakant yerlərin tutulması üçün müsabiqə elan edir (daha ətraflı)

19 aprel 2010

  İctimai Səhiyyə və İslahatlar Mərkəzi aşağıdakı boş yerlərin tutulması üçün müsabiqə elan edir (daha ətraflı)

 
ana səhifə   |   xəbərlər   |   isim haqqında   |   layihələr   |   partnyorlar   |   əlaqə
2009 © İctimai Səhiyyə və İslahatlar Mərkəzi