Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günündə BMT-nin Baş Katibi mesaj yaydı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

23 NOYABR 2016

Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günündə BMT-nin Baş Katibi mesaj yaydı

Danılmaz faktdır ki, yollarda baş verən qəzalar ictimai səhiyyənin problemi olaraq, cəmiyyətin bütün sahələrinə təsir edir. Yol-nəqliyyat qəzaları nəticəsində baş verən travmatizmin iqtisadi nəticələri uzunmüddətli tibbi yardıma yönəldilən xərclərə, işləyən ailə üzvünün ölümünə və əlillik nəticəsində gəlirlərin azalmasına gətirib çıxarır. Hər il yol-nəqliyyat qəzaları nəticəsində ölən və əlil olanların statistikası həyəcan təbili çalmağa çağırır. Məhz buna görə ən yüksək səviyyələrdə bu problem daim müzakirə olunur, problemi aradan qaldırmaq üçün həllər axtarılır. Bu problemə olan böyük diqqəti Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günündə – hər il 20 noyabr tarixi özündə cəmləyir.

Bu problemlə bağlı BMT-nin Baş Katibi Pan Gi Mun Ümumdünya Yol Qəzaları Qurbanlarının Anım Günü münasibətilə dünya ictimaiyyətinə müraciətində üzv dövlətləri, beynəlxalq agentlikləri, vətəndaş cəmiyyəti təşkilatlarını, biznes və icma liderlərini mübarizənin real müsbət dəyişikliklərə aparmasını təmin etməyə çağırıb.

Baş Katib mesajında: “Hər gün dünyada 3400 nəfərdən çox insan yollarda həyatlarını itirir, onların əksəriyyəti gənclər və qadınlardır. Bu ölümlərin və saysız yaralanmaların qarşısını almaq üçün hərəkətə keçməyin vaxtıdır. Bu, yolların və nəqliyyatın keyfiyyətini və təhlükəsizliyini təkmilləşdirmək, sürət və sərxoş sürücülüyün qarşısını almaq, təhlükəsizlik kəməri, motosiklet dəbilqəsi və uşaq oturacağının istifadəsini şiddətlə inkişaf etdirmək deməkdir. Builki Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günü mövzusunda toqquşma sonrası münasibətə də diqqət yetirməyimiz lazımdır. Yaralılara vaxtında təcili tibbi yardım, daha yaxşı tibbi müalicə, psixoloji dəstək və erkən reabilitasiya təmin edərək həyatlarını xilas edə, şikəstliyi azalda bilərik. Reallıqdır ki, bir çox ölkə  yol qəzasından sonra yol qəzası qurbanlarına effektiv qayğını təmin edə bilmir. Qəzaları hərtərəfli tədqiq etmək, yaralı və yaxınını itirmiş biri üçün ədalətli hesablaşmanı təmin etməməkdə problemlər olmaqdadır. Təcili yardımın vaxtında göstərilməsində böyük fərqlilik var. Dünya üzrə yol qəzası ölümlərinin təxminən  90%-i aşağı və orta gəlirli ölkələrdə baş verdiyi görülür. Bu ölkələrdə ağır yaralı xəstələr üçün təcili yardım sistemləri yüksək nəticə göstərən ölkələr səviyyəsinə gətirilə bilərsə, hər il təxminən 500.000 insanın həyatı xilas edilə bilər. Qəza sonrası tədbirlərdə daha yaxşı nəticə almaq, 2020-ci ilə yol qəzalarında ölən və xəsarət alanların sayını 50% azaltmaq üçün Davamlı İnkişaf Məqsədləri hədəfinin 3.6 olması vacibdir. Bu, Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günündə hər il öldürülən və xəsarət alanların şərəfinə yollarımızı hamı üçün təhlükəsiz etmək adına lazımi addımlar ataq”- bildirdi. 

Qeyd edək ki, ictimai səhiyyənin bu aktual probleminin həllinə yönəldilmiş tədbirlərə Azərbaycan da qoşulub. Hər il olduğu kimi ölkəmizdə yol hərəkəti prosesində insanların həyatının qorunması, yol-nəqliyyat qəzalarının və onların zərərli nəticələrinin qarşısının alınması məqsədi ilə ictimai maarifləndirmə işi aparılır. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhali, xüsusən də gənclər arasında yol qəzaları nəticəsində yaranan travmatizm, sağlamlığa vurulan ziyan, yol qəzaları zamanı ilk yardımın göstərilməsi mövzularında maariflənmə tədbirləri keçirir. Mövzu ilə əlaqədar İSİM-in hazırladığı təbliğat materialları paylanılır. Belə ki, bu yaxınlarda SOS Uşaq kəndlərində “Yol nəqliyyat hadisələri zamanı ilk yardım” mövzusunda tədbir keçirildi. Bu haqda mediaya məlumatlar ötürüldü və İSİM-in www.sağlamlıq.isim.az tibbi-maarifləndirici portalında məqalələr dərc olundu. Bundan əlavə, İSİM qarşılıqlı əməkdaşlıq etdiyi müvafiq qurumlara 20 noyabr - Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günü ilə əlaqədar hazırladığı  “Yol-nəqliyyat hadisələri qurbanlarının xatirəsinə həsr olunur” adlı maarifləndirici materiallar təqdim etdi.