İSİM-in Bilik Fondu ilə əməkdaşlıqda ikinci tədbiri keçirildi (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

20 OKTYABR 2016

İSİM-in Bilik Fondu ilə əməkdaşlıqda ikinci tədbiri keçirildi (FOTO)

19 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə həyata keçirdiyi tədbirlər sırasına daha biri əlavə olundu. C.Naxçıvanski adına Hərbi Liseydə baş tutan tədbir İSİM ilə Bilik Fondu arasında 22 iyun 2016-cı il tarixdə imzalanmış Əməkdaşlıq Sazişi çərçivəsində 2016-cı ilin sonunadək həyata keçiriləcək İş Planının ikinci tədbiri oldu.

Liseyin şagirdləri qarşısında “Sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici mühazirə ilə çıxış edən İSİM-in əməkdaşı həkim-metodist Rüfət Rəhimov gənc əsgərlərə sağlam həyat tərzi, zərərli vərdişlərin sağlamlığa mənfi təsir edən amilləri və onlardan çəkinmə yolları haqqında məlumat verdi. Mövzu ilə bağlı təqdimatlar edən məruzəçi fiziki aktivliyin cavanların həyat tərzində, onların sağlamlıqlarının qorunmasında mühüm rol oynamasını da vurğuladı. Sağlamlığın qorunması üçün maarifləndirmə işinin vacib olduğunu bildirən natiq iştirakçıları maraqlandıran sualları cavablandırdı. Tədbirin mövzusu ilə bağlı İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı.

Qeyd edək ki, tədbir “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə  mübarizəyə dair 2015-2020-ci illər  üçün Strategiya”ya uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, tütünün, digər zərərli vərdişlərin təhlükələri barədə əhalini məlumatlandırmaq məqsədilə təşkil olunmuşdu.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.