İSİM-in mütəxəssisləri “Siqaretə yox deyirik” adlı tədbirdə iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

27 MAY 2016

İSİM-in mütəxəssisləri “Siqaretə yox deyirik” adlı tədbirdə iştirak etdilər

26 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) “31 May Ümumdünya siqaretlə mübarizə günü”nə həsr olunmuş “Siqaretə yox deyirik” adlı tədbir keçirildi. Tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Şəhla Mirzəzadə çıxış edərək “31 May Ümumdünya siqaretlə mübarizə günü”nün yaranma tarixi haqqında tədbir iştirakçılarına məlumat verdi, tütünün cəmiyyətdə yaratdığı xəstəliklərdən danışdı.

Tədbirin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”ya uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, tütünün istifadəsi ilə bağlı yaranan riskləri qabaqlamaq və geniş əhali kütləsinin tütünün yaratdığı təhlükələr haqda məlumatlandırmaq məqsədi daşıdığı vurğulandı.   

ADU-nun Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayeva görüşün sağlam həyat tərzinin təbliğinə bir tövhə olduğunu, bu istiqamətdə tələbələr arasında aksiyalar, kütləvi tədbirlərin keçirilməsinin önəmli olduğunu qeyd etdi. Təbdirin digər iştirakçısı Regional Psixologiya mərkəzinin həkim-psixoloqu Mehriban Qafarova isə siqaretdən istifadənin və bu vərdişə erkən yaşda başlamanın səbəblərindən, onun insan səhhəti üçün zərərli nəticələrindən bəhs etdi.

İnteraktiv şəkildə keçən tədbirdə İSİM tərəfindən bu mövzuyla əlaqədar hazırlanmış maarifləndirici bukletlər paylanıldı.